Qədim Çin təbabətinin günümüzə gəlib çatan incilərindən olan akupunktura bir çox xəstəliyin müalicə yolu hesab olunur. Bu metoda görə xəstəliklərin yaranma səbəbi bədəndəki enerji balansının pozulmasıdır. Tarazlığı yenidən nizamlamaq üçün isə akupunktura nöqtəsi təyin olunan nahiyələrdə iynə, lazer və ya istilik tətbiqləri həyata keçirilir.
Min illər öncə kəşf edilməsinə baxmayaraq günümüzdə də aktual olan akupunktura hal-hazırda müasir tibb elmi tərəfindən də qəbul edilir və tamamlayıcı tibb kateqoriyasındandır. Akupunktura, əsasən miqren və ağrılar, yuxusuzluq və depressiya, siqaret asılılığı, yüksək təzyiq və sairə kimi problemlərin həll üsülü olaraq tətbiq edilməkdədir.
Arıqlama proqramlarına əməl etməkdə çətinlik çəkənlər də bu müalicə üsuluna baş vura bilərlər. Belə ki, akupunktura proseduru bədəndə serotonin və endorfin hormonlarını artıracağı üçün sizə daha sakit və hüzurlu qalmağa kömək edəcək. Bunun sayəsində də siz, yeməkdən imtinada çətinlik çəkmir və rutininizə daha asanlıqla əməl edirsiniz.