Bacarıqların bərpa edilməsi mənasına gələn reabilitasiya insanda anadangəlmə və ya sonradan yaranmış qalıcı və ya keçici çatışmazlıqların, tamamilə itirilmiş, bəzən də limitlənmiş funksioal bacarıqların bərpasına yönəldilmiş kompleks müalicə metodlarının tətbiqidir. Sosial-psixoloji cəhətdən dəstəyi təmin edən reabilitasiya prosesi insanın gündəlik həyat fəaliyyətində sərbəstliyinə şərait yaradır.
Reabilitasiya prosesi standart prosedurların tətbiqi olmayıb, hər bir pasiyentə individual yanaşma tələb edir.
Fiziki çatışmazlığı mümkün qədər aradan qaldırmaq, sağalmaz xəstəliklərin təsirini minimuma endirmək; xəstəni fiziki qabiliyyətsizliyi daxilində işləməyə təşviq etmək və qabiliyyətlərindən yararlanmasını təmin etmək reabilitasiya prosesinin əsas məqsədləridir.