
Skolioz - yunancadan tərcümədə «əyri» deməkdir və onurğanın üç müstəvidə (frontal, horizontal və sagital) deformasiyasıdır.
Anadangəlmə və qazanılmış səbəbləri ayırd edilir:
Anadangəlmə skoliozlar (fəqərə və qabırğaların inkişaf anomaliyaları)
-yan pazabənzər fəqərələr
-əlavə yarımfəqərələr
- fəqərə cisminin inkişafdan qalması
-qabırğa sinostozu
-oynaq səthlərinin birtərəfli inkişafdan qalması
Qazanılmış skoliozlar
-neyrogen
-raxitik
-posttravmatik
-çapıq mənşəli
-statik
Bu günə qədər skolioz onurğa sütunun yana əyilməsi, bir tərəfdə əzələlərin tonusunun çox olması digər tərəfdə isə əksinə əzələlərin zəif olması kimi qiymətləndirilirdi, müalicə isə əzələlərdə işləməklə davam etdirilirdi. Lakin osteopatiya orqanizmə vahid bir sistem kimi baxır və biomexaniki cəhətdən bu əyilmənin çanaq və ya dizlərlə, pəncə və ya kəllə sümükləri ilə əlaqəli ola bildiyini və ya travmadan sonra tarazlığın pozulmasını səbəb gətirərək xəstəliyin yaranma səbəbinin bütün toxumalar səviyyəsində əsaslandırır. Məsələn visseral səbəblərdən daxili orqanların patologiyaları zamanı bağ apparatının işə qoşulması da skolioza təkan verə bilər.
Skoliozun formaları
Proqressivləşməyən gedişat
Yavaş proqressivləşən gedişat - il ərzində 3-5°
Sürətlə proqressivləşən gedişat - il ərzində 20-25°
Skoliozun tipləri
Torakal: Т 6-Т10
Torako- lumbar: Т11-L1
Lumbar: L1-L2
Kobb bucağına görə skoliozun təsnifatı
I dərəcə- 10°
II dərəcə- 11–30°
III dərəcə- 31–60°
IV dərəcə- 61–90°
Aktuallığı
Hal hazırda skolioz problemi tək uşaqlar deyil, böyüklər arasında da aktualdır. Statistikaya əsasən, 50% məzun skoliozdan əziyyət çəkir.
Bu gün bu patologiya tibbi problemdən artıq sosial müstəviyə keçmişdir, çünki uzun uzadı müalicəsi həm valideynlər, həm də tibb müəssisələri üçün ağır iqtisadi yükdür.
Təklif olunan ənənəvi konservativ müalicə üsullarının həm müsbət effekti, həm də mənfi yan təsirləri vardır ki, bunları nəzərə alıb optimal müalicə üsulları tapmaq məqsədəuyğundur.MƏQSƏD
Skoliozlu uşaqlarda reabilitasion müalicə ilə birgə tətbiq olunan osteopatik müalicə metodunun effektivliyinin qiymətləndirilməsi və osteopatik təsirin sxeminin işlənib hazırlanması.
MƏSƏLƏLƏR
1. Kliniki reabilitasion praktikada skoliozlu uşaqlarda osteopatik müalicənin effektivliyi və davamlılığını analiz etmək.
2. Skoliozlu uşaqlarda osteopatik müalicə metodlarının effektivliyini və davamlılığını analiz etmək.
3. Osteopatik müalicənin və uşaq reabilitasiyasında istifadə olunan fizioterapevtik üsulların müqayisəli qiymətləndirilməsi.
4. Skoliozlu uşaqlarda osteopatik korreksiya metodunun işlənib hazırlanması.
ELMİ YENİLİK
Skoliozun müalicəsində kompleks reabilitasion yanaşmanın osteopatik korreksiya ilə birgə tətbiqinin həyata keçirilməsi.
PRAKTİKİ ƏHƏMİYYƏTİ
Hazırlanmış osteopatik müalicə metodikasının skoliozun konservativ müalicəsinin istənilən mərhələsində tətbiqi optimal müalicə taktikasının seçilməsilə skoliozun dərəcəsini azaltmağa, bəzi hallarda isə tam sağaltmağa imkan verir. Təklif olunmuş proqramın reallaşdırılması fəsadlardan yayınmağa və skoliozlu uşaqlarda ənənəvi reabilitasion müalicənin effektivliyini yüksəltməyə imkan verəcək.
МАТЕRİALLAR VƏ MÜAYİNƏ METODLARI
Tətqiqatda “Bioloji Tebabet” klinikasında və uşaq reabilitasiya mərkəzində 2017 – 2018-ci illərdə skolioz diaqnozu ilə müalicə almış 7-15 yaş arası 40 pasient iştirak etmişdir. 2 qrup formalaşdırılmışdır.
Əsas qrup 20 nəfərdən ibarətdir ki, bunlar kompleks standart müalicəyə əlavə olaraq osteopatik müalicə kursu almışlar (6-7 seans 7-10 gün fasilələrlə).
Kontrol qrup standart müalicə alan 20 pasientdən ibarətdir. Kompleks standart müalicəyə daxildir: fizioterapevtik metodlar, massaj, müalicəvi bədən tərbiyəsi, korsetoterapiya.
OSTEOPATİK MÜALİCƏNİN ALQORİTMİ
1. Sfenobazilyar sinxondrozun somatik disfunksiyalarının korreksiyası.
2.Кraniosakral asinxronizmin korreksiyası.
3. Qarın boşluğunun somatik disfunksiyalarının korreksiyası.
4.Döş-qarın diafraqmasının hərəkət və tonusunun bərpası
5. Kəllənin somatik disfunksiyalarının korreksiyası.
6. Onurğanın boyun nahiyəsinin somatik disfunksiyalarının korreksiyası.
7. Büzdüm və ənsə sümüyünün tarazlaşdırılması.
8.Liqamentoz və membranoz gərilmə texnikaları.
Əsas qrupa 11 oğlan və 9 qız daxil edilmişdir. Kontrol qrup 13 oğlan və 7 qızdan ibarət idi. Hər iki qrup cinsi və yaş göstəricilərinə görə müqayisə oluna bilər.
Skoliozun dərəcələrinə görə fərqlənən 2 qrup formalaşdırılmışdır. Diaqnoz kliniki (anamnez, baxış) və obyektiv (onurğa sütununun rentgen müayinəsi) metodlarla təsdiq olunmuşdur.
Bütün uşaqlarda skoliozun kliniki təzahürləri analiz edilmiş, hamiləlik və doğuşun gedişatı, həmçinin, bu patologiyanın yaxın qohumlarda olub-olmaması haqqında məlumat toplanmışdır.
Аnamnezə əsasən, skoliozun formalaşmasına tədqiq olunan qrupda aşkarlanan aşağıdakı amillər öz mənfi təsirini göstərə bilər:
İrsi amillər
Ağır akuşer-ginekoloji anamnez
İnkişaf qüsurları
Neyrogen faktor
Raxitik
Posttravmatik
Çapıq mənşəli
Statik
Effektivlik kriteri qismində klinik-funksional və instrumental qiymətləndirmə metodları istifadə olunub.
Ortopedik baxış nəticəsində skoliozun aşağıdakı xarakterik kliniki simptomlar aşkarlanmışdır:
Onurğa sütununun yana əyriliyi
kürək sümükləri arasında donqarlığın yaranması
bədənin bir tərəfə əyilməsi
əzələ kontrakturaları
qarın əzələlərinin zəifləməsi
qabırğa qabarmasının əks tərəfindən qabırğaların içəri batması
donqardan əks tərəfdə ön qabırğa qövsünün qabarması
| Simptom | Əsas qrup №20 | Kontrol qrup №20 | ||
| Abc | % | Abc | % | |
| onurğanın əyriliyi | 20 | 100 | 20 | 100 |
| kürək sümükləri arasında donqarlığın yaranması | 15 | 75 | 17 | 85 |
| bədənin bir tərəfə əyilməsi | 11 | 55 | 9 | 45 |
| əzələ kontrakturaları | 17 | 85 | 14 | 70 |
qarın əzələlərinin zəifləməsi | 11 | 55 | 9 | 45 |
| donqarın əks tərəfindən qabırğaların içəri batması | 7 | 35 | 13 | 13 |
Skoliozu xarakterizə edən somatik disfunksiyaların xarakter və təzahür dərəcəsi bütün tədqiq olunan uşaqlarda ümumi qəbul olunmuş metodlar ilə aparılmışdır ki, bura Peyralad F., Kaporossi P, Barall J.P. Magun G. və Frayman B. tərəfindən təsvir olunmuş metodikalar üzrə kraniosakral sistem strukturlarının (kəllə, büzdüm), qalça sümükləri, onurğanın boyun, döş və bel nahiyələrinin baxış və palpasiyası daxildir.
Uşağın vəziyyətinin osteopatik diaqnostikasına daxildir: dinləmə ; kraniosakral, visseral və struktural sistemlərin müxtəlif səviyyələrdə qiymətləndirilməsi üçün spesifik testlər.
-mayeli: likvorun mərkəzi və mərkəzilateral üfüqi flüktuasiyası , kraniosakral kompressiya testi, həcmlərin qiymətləndirilməsi (kəllə, torakal boşluq, abdominal boşluq)
- membranoz: kranial və spinal resiprok membran gərginliyi
-miofassial: yuxarı döş aperturası, torakoabdominal diafraqma, ətrafların gərginliyi
-osteoartikulyasion:kəllə tağı sümükləri və kəllə əsasının C0-C1-C2 ilə birləşməsi, onurğanın şarnir zonaları (servikal nahiyənin torakala keçidi, torakal lumbar keçid və s) , çanaq və bud-çanaq oynaqları, sümükdaxili zədələnmələri.
Əsas qrupun uşaqlarının müayinə və müalicəsində aşağıdakı metodlardan istifadə olunub:
Uşaqların müayinəsi
Кliniki müayinə metodu
Anamnezin toplanması
Uşağa baxış
Onurğanın rentgenoqrafiyası
Ortopedin konsultasiyası
Ortopedik diaqnozun qoyulması
Osteopatik müayinə
Duruşun ümumi qiymətləndirilməsi (poza, baxış, bəbəklər, göz dəliyinin səviyyəsi)
Qlobal osteopatik ritmlərin dinlənməsi
Qlobal burulma testi
Lokal ritmlərin dinlənməsi
Оrqanizmdə aparıcı somatik disfunksiyaların təyini
Müalicə
Müalicədən əvvəl həkim-osteopat tərəfindən aşkarlanmış somatik disfunksiyalara görə osteopatik prosedur aparılır.
Reabilitasion müalicə: massaj, müalicəvi gimnastika, fizioterapevtik prosedurlar- 10-15 gün (2 aylıq fasilələrlə)
Osteopatik müalicə ayda 3-4 dəfə aparılır.
Aşağıda müalicənin ardıcıllığı göstərilib.
Müayinə və müalicənin nəticələri:
Osteopatik müayinələrin nəticələri: qruplarda somatik disfunksiyaların aşkarlanmasının tezliyi
Somatik disfunksiyalar | Ə.Q | K.Q | ||
| Müayinə | % | Müayinə | $ | |
Əzələ tonusunun asimmetriyası | 14 | 70 | 18 | 90 |
Sağ qalça sümüyünün arxa rotasiyası | 15 | 75 | 9 | 45 |
Sol qalça sümüyünün arxa rotasiyası | 5 | 25 | 11 | 55 |
| L5-S1disfunksiyası | 17 | 85 | 18 | 90 |
Büzdümün hərəkət məhdudluğu | 12 | 65 | 13 | 65 |
Resiprok membran gərginliyi | 14 | 70 | 12 | 60 |
Ənsə-məməyəbənzər tikiş səviyyəsində blok | 19 | 95 | 16 | 80 |
| Ənsə sümüyünün sümükdaxili zədələnmələri | 7 | 35 | 9 | 45 |
| С0-С1-С2 səviyyəsində disfunksiya | 12 | 60 | 15 | 75 |
Daha çox rast gəlinən somatik disfunksiyalara aiddir:
əzələ tonusunun asimmetriyası, sağ qalça sümüyünün arxa rotasiyası, C0-C1 blokada, sağ qalça sümüyünün arxa rotasiyası , L5-S1 disfunksiyası, büzdümün hərəkət məhdudluğu, resiprok membran gərginliyi, ənsə-məməyəbənzər tikiş səviyyəsində blok, ənsə sümüyünün daxili zədələnmələri və s.
Tədqiqatda iştirak edən uşaqların müalicəsində aşağıdakı osteopatik korreksiya texnikalarından istifadə olunmuşdur:
1. Sfenobazilyar sinxondrozun somatik disfunksiyalarının korreksiyası.
2.Кraniosakral asinxronizmin korreksiyası.
3. Qarın boşluğunun somatik disfunksiyalarının korreksiyası.
4.Döş-qarın diafraqmasının hərəkət və tonusunun bərpası
5. Kəllənin somatik disfunksiyalarının korreksiyası.
6. Onurğanın boyun nahiyəsinin somatik disfunksiyalarının korreksiyası.
7. Büzdüm və ənsə sümüyünün tarazlaşdırılması.
8.Liqamentoz və membranoz gərilmə texnikaları.
Qruplarda rentgen müayinənin göstəricilərinin dinamikası ( yaxşılaşma kriteriləri?)
Göstəricilər < | ||
| əvvəl | sonra | |
| Əsas qrup (№20) | skolioz 100% | yaxşılaşma 90% |
| Коntrol qrup (№20) | skolioz 100% | yaxşılaşma 15% |

Bütün qrupların müalicə müddətinə görə müqayisəli xarakteristikası.
Beləliklə, aparılan osteopatik müalicə fonunda kontrol qrupla müqayisədə əsas qrupda müalicə müddəti orta hesabla 3 ay qısalmışdır.
XÜLASƏ
Müxtəlif skolioz tiplərində osteopatik korreksiya texnikalarının effektvliyi qiymətləndirilmişdir. Osteopatik yanaşma skoliozların konservativ müalicə taktikasını dəyişməyə, cərrahi əməliyyatdan qaçmağa imkan verir, uşağın normal fiziki və statiko-dinamik inkişafına şərait yaradır.
NƏTİCƏ
Skoliozun formalaşmasında proqnoz baxımından əlverişsiz faktorlara aiddir: ailə anamnezi (irsi amil), ağır akuşer-ginekoloji anamnez, hamiləliyin ağırlaşmış gedişatı, cərrahi yolla doğuş
Skoliozlu uşaqların müayinə prosesində əhəmiyyətli somatik disfunksiyalar aşkarlanmışdır: fəqərələrin anadangəlmə inkişaf defektləri; L5 – S1, C0-C1 disfunksiyaları; sfeno-bazilyar sinxondrozun kinetik disfunksiyaları; travmatik disfunksiyalar; resiprok membran gərilmələri, ənsə-məməyəbənzər tikiş səviyyəsində disfunksiya
Osteopatik müalicənin ənənəvi reabilitasion müalicə ilə müqayisədə yüksək effektivliyi.
Müalicənin effektivliyinin obyektiv kriteriləri – skoliozun dərəcə bucağının azalması...
Praktik tövsiyyələr:
Skoliotik deformasiyaların düzəlməsinə yönəlmiş osteopatik texnikaların effektivliyini nəzərə alaraq, biz osteopatiyanın klassik təbabətə inteqrasiyasını və həkim-reabilitoloq ilə həkim-osteopat arasında əməkdaşlığın müzakirəsini məqsədəuyğun hesab edirik.
ƏDƏBİYYAT:
Чернова Т.Н. Сколиоз. Диагностика и лечение 2017 il, s 1-3
Баирова А.Г. Философия остеопатии из XIX в XXI век Издательство «Человек» Санкт-Петербург 2016 il s. 87-89.
Мохов Д.Е. Что такое остеопатия и как она поможет вам быть здоровыми. Издательство «Невский ракурс» Санкт-Петербург 2014il, s. 102-104.
Бюске Л. Мышечние цепи
Caporossi R., Peyralade F. Traitepratique de osteopathiecrahienne –s.1.0.-Editions de Verlaque, 1992il s. 798
Frymann Viola M. Legacy of Osteopathy to children- jAOA, 1998 il s.360
Magoun Harold L.Sr. L Osteopathiedans la sphere cranienne –Ed Spirales, 1994il s. 368