
Bazu oynağı orqanizmin ən hərəkətli oynağıdır. Bu oynaq ətraf mühitlə qarşılıqlı münasibət, kommunikasiya və müdafiə vasitəmiz olan yuxarı ətrafları körpücük sümüyü vasitəsilə döş qəfəsi ilə, kürək sümüyü vasitəsilə gövdənin arxa əzələləri ilə, əzələlər vasitəsilə onurğa sütunun boyun şöbəsi ilə, bəzi bağlar vasitəsilə qaraciyər, ürək və s. kimi visseral orqanlarla əlaqələndirir. Bazu oynağı patologiyalarının müayinəsi xüsusi prinsiplərə əsaslanır. Bu ilk növbədə bazu oynağının anatomik quruluşu ilə əlaqəlidir, beləki, bazu sümüyünün başı kürək sümüyünün oynaq səthi ilə tam konqruentlik təşkil etmir, oynağın stabilliyi isə əsasən əzələ karkasının və bağ aparatının hesabına əldə olunur.
Bazu oynağı əzələlərinin innervasiyası bazu kələfi şaxələri ilə yanaşı, yuxarı ətrafların somatik və vegetativ innervasiyasını təmin edən onurğanın boyun-döş seqmentləri arası şaxələriylə, ürək kələfi ilə, azan və diafraqmal sinirlərlə də tənzimlənir. Onurğa sütununun boyun nahiyəsinin, döş və qarın boşluğu orqanlarının bir sıra patoloji vəziyyətləri, bazu oynağının funksional zədələnmələri impingement sindrom, çiynin fırladıcı manjetinin vətərinin degenerasiyası, oynaq elementlərinin fibroz dəyişiklikləriylə nəticələnən reflektor simpatik distrofiyası kimi somatovegetativ fenomenin yaranmasına səbəb olur. Bazu oynağını təşkil edən komponentlərin (oynaq kapsulu, subakromial kisə, əzələ və bağların) lokal zədələnmələrini (travma, çıxıq, sınıq və s.), sinir kələflərinin və daxili orqanların bu oynağa təsirini özündə əks etdirən ümumiləşmiş patologiyalar 1872 ci ildən S.Duplay tərəfindən
bazu-kürək periartrozu simptomokompleksi adı altında cəmləşdirilmişdir.
Səbəbindən asılı olmayaraq bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan bir sıra xəstəlikləri cəmləşdirən bu simptomokompleks uzun müddət ərzində aktiv və ya passiv hərəkətlər zamanı, həmçinin sakitlik vəziyyətində bazu oynağında ağrı sindromu ilə xarakterizə olunur.
Anatomik biliklərimizi daha ətraflı gözdən keçirdərək, bazu oynağı komponentlərinin daxili orqanlarla əlaqəsini araşdıraq. Orqanizmə bütöv vəhdət şəklində yanaşan bioloji təbabət aspektindən yanaşaraq, bu çox simptomlu bazu- kürək periartrozunun yaranma səbəblərini aydınlaşdıraq.
Qaraciyər problemləri və bazu - kürək periartrozu. Qaraciyərlə əlaqəli bazu kürək periartrozu adətən sağtərəfli olur. Qaraciyər diafraqma və plevra vasitəsilə boyun fəqərələri və qabırğalarla əlaqəlidir. Qaraciyər patologiyaları zamanı qaraciyər fassiyasının anormal gərginləşməsi serviko-braxial kələfi qıcıqlandırır; bu zaman onunla əlaqəli fassiyaların və müvafiq olaraq qabırğaların, aşağı boyun və yuxarı döş fəqərələrinin anatomik yerdəyişməsi qeyd olunur. Bu pasiyentlərdə bazu oynağının yerli müalicəsi uzun müddət heç bir effekt vermir.
Bioloji üsullarla qaraciyərin funksional və ya üzvi xəstəliklərinin müalicəsi, məs., Hepar compositum (Heel), Hepeel (Heel) preparatları bioloji aktiv nöqtələrə (VB20, VB21, İG12, İG 15) və ya qaraciyərin seqmentar zonalarına inyeksiya edilə bilər. Yanaşı olaraq osteopatik müalicə üsulları ilə diafraqmanın və diafraqmayla əlaqəli bazu oynağının bağ aparatının gərginliyi aradan qaldırılır; qan və sinir təchizatını yaşılaşdırılıb daha sonra bazu oynağının yerli müalicəsinə başlaya bilərik.
Serviko-braxialgiya və bazu kürək periartrozu. Serviko-braxialgiya boyun fəqərələrinin osteoxondrozu zamanı yaranan sindromdur. Aşağı boyun fəqərələri nahiyəsində olan patologiyalar onurğaətrafı boyun-döş sinir şaxələrinin sıxılmasına və bu sinirlərlə innervasiya olunan əzələlərin rigidləşməsinə, qan dövranının pozulmasına və daimi ağrılara səbəb olur. Digər tərəfdən, bu zaman C4-C5 fəqərələrin disfunksiyaları azan siniri və diafraqmal siniri qıcıqlandırmaqla qaraciyər patologiyalarına səbəb ola bilər. Beləliklə, bu qüsurlu dövran şəklində davam edərək kürək-bazu periatrozunun simptomlarının artmasına səbəb ola bilər.
Proloterapiya ilə qan dövranını yaxşılaşdırıb yerli iltihabın və degenerasiyanın qarşısını ala bilərik. Daha sonra xəstəyə osteopatik müalicə üsulları ilə boyun fəqərələrinin normal anatomik yerləşməsini bərpa edib, əzələ gərginliyini aradan qaldıraraq bazu oynağı komponentlərinin normal anatomik yerləşməsini təmin edərək,oynağın sinir innervasiyasını və qan dövranını yaxşılaşdıra bilərik.
Kardialgiya və bazu kürək periartrozu. Bazu kürək periartrozunun yaranma səbəblərindən biri də ürək patologiyalarıdır. Kardioloji patologiyalar zamanı sol qola irradiasiya edən ağrılar hər bir həkimin təcrübəsində rast gəlinir. Anatomik olaraq ürəklə bazu oynağının əlaqəsini araşdırsaq bu ağrıların səbəbinə başqa bir aydınlık gətirə bilərik. Beləki,
lig. sterno-pericardium superior vasitəsilə perikard döş sümüyü ilə əlaqələnir. Döş sümüyünə birləşən ikinci qabırğaya digər tərəfdən
m. pectoralis minor birləşir.
M. pectoralis minor (kiçik döş əzələsi) digər tərəfdən kürək sümüyünün akromial çıxıntısına bağlanır. Müvafiq olaraq kardioloji patologiyalar zamanı perikardın gərginləşməsi bu bağın (
lig. sterno-pericardium superior), m.pectoralis minorun (kiçik döş əzələsini ) gərginləşməsinə və kürək sümüyünün akromial çıxıntısının patoloji yerdəyişməsinə səbəb olur. Nəticədə bazu oynağı daxilində qan dövranın və sinir innervasiyasının pozulması yuxarı ətraflara irradiasiyaedən daimi ağrıların və hətta fibrozlaşmış bazu oynağının yaranmasına səbəb ola bilər.
Müvafiq müalicə üsullarıyla ürək patologiyası aradan qaldırıldıqdan sonra bioloji təbabətdə istifadə olunan osteopatik müalicə proseduraları bazu oynağının, döş sümüyünü normal anatomik yerləşməsini təmin etməklə bazu oynağının qan dövranını və sinir innervasiyasını bərpa etmək mümkündür.
Yuxarıda sadaladığımız bazu oynağının daxili orqanlarla əlaqəli patologiyaları və ya bazu oynağına birbaşa təsir edən travma, qeyri-adekvat fiziki yüklənmə, qeyri-düzgün qamət, peşə vərdişləri bu oynaqda aşağıdakı lokal zədələnmələrə səbəb ola bilər:
Çiynin fırladıcı manjetinin tendiniti — çiynin rotator (fırladıcı) manjetini təşkil edən bağ aparatının iltihabı zamanı yaranır. Fiziki gərgin hərəkət, oynaqda fırlanma hərəkətləri zamanı ağrı olur.
Çiynin fırladıcı manjetinin tendinitinin səbəbi: bazu oynağı travmalarının ağırlaşması (immobilizasiya zamanı sıxıcı sarğıdan sonra) ;
çiyin oynağının uzunmüddətli fiziki yüklənməsi; əzələlərin uzun müddət gərgin vəziyyətdə qalması (sürücülərdə və ofis işçilərində).
Subakromial bursit — körpücüyün akromial kənarında, bazu oynağının üstündə yerləşən sinovial kisənin (bursa) iltihabıdır. Çiynin kalsifikasiyalaşmış kapsuliti zamanı “impingement sindrom”-un yaranmasına səbəb ola bilər. Əsas simptom əli yuxarı qaldıran zaman yaranan ağrıdır. Səbəbi: çiynin yüngül travması, körpücüyün xarici kənarının daimi zəif travmatizasiyasıdır (ağır ryukzak və s.).
Kalsifikasiyalaşmış bursit, tendo-bursit – subakromial kisənin selikli qişasının möhtəviyyatının və özunun kalsifikasiyalaşmasıdır.
Çiyində daimi və hərəkət zamanı artan ağrılar xarakterikdir. Oynağın kontrakturasının yaranmasına kimi gətirib çıxaran tez proqressivləşmə xasdır. Əsas səbəbi vaxtında diaqnostika aparılmayan və müalicə olunmayan subakromial bursitdir.
Bazunun ikibaşlı əzələsinin uzun başının tendiniti — bazunun ikibaşlı əzələsinin uzun başının iltihabı olub, bir başa travmalar (çiynin çıxıqları, çiyin qurşağı əzələlərinin gərginləşməsi), travmadan sonra bazu oynağının uzun müddət immobilizasiyası, bazu oynağında həddən artıq fiziki hərəkətlərlə yanaşı, az hərəkətlilik zamanı da yarana bilər. Əsas şikayətlər bazunun ön səthində cüzi fiziki hərəkətdən artan ağrılardan və gecə ağrılarındandır. Diaqnostika pasiyentin şikayətlərinə, spesifik testlərlə müayinəyə, məsələn, əlin aktiv supinasiyası və müqavimət zamanı ağrının olması və s. əsaslanır. Rentgenoloji müayinə deformasiyaedici artroz və s. patologiyaları inkar etmək üçün aparılır.
Sklerozlaşan (retraktil) kapsulit — birbaşa çiyin oynağı kapsulasını zədələyən patoloji proses nəticəsində kapsula öz elastikliyini itirir, oynaqda hərəkət məhdudlaşır; ağrı ilə müşayiət olunur.
Sklerozlaşan kapsulitin sinonimi-“donmuş çiyindir”. Bu patologiya zamanı oynaqda aktiv hərəkətlər məhdudlaşır, pasiyentin həyat keyfiyyəti pisləşir, rutin gündəlik tələbatları yerinə yetirə bilmir.
Əsas yaranma səbəbi peşə ilə əlaqəli yuxarı ətrafın uzun müddət narahat vəziyyətdə olmasıdır. Xəstənin fiziki müayinəsindən əlavə ultrasəs və rentgen müayinə də vacibdir.
Çiyində ağrılar digər orqan və sistemlərin xəstəlikləri zamanı da yarana bilər. Patoloji prosesin düzgün müalicəsi üçün xəstəliyin əsas səbəbinin aşkar olunması və differensial diaqnostikası mütləqdir.
Körpücükaltı arteriyanın trombozu — Proses güclü ağrılarla, vegetotrofik zədələnmələrlə gedir və təcili damar cərrahının müdaxiləsi vacibdir.
Hər iki çiyində ağrılar
revmatoid artrit zamanı da rast gələ bilər. Bu zaman ümumi zəiflik, çəkinin azalması, qızdırma, səhər buxovlanması, oynaqların simmetrik zədələnməsi, qanın ümumi analizində iltihabi dəyişikliklər xarakterikdir.
Yaşlı adamlarda çiyin ağrılarına
revmatik polimialgiya və ya giganthüceyrəli gicgah arteriiti (
Xorton xəstəliyi) səbəb ola bilər. Bu zaman zəiflik, qızdırma, arıqlama, çiyin qurşağı və çanaq əzələlərinin ağrılı olması, periferik artritlər, EÇS artması müşahidə olunur.
Sağ ağ ciyərin yuxarı payının xərçəngi (
Pankost sindromu) və mədə xərçəngi sağ çiyin ağrıları verə bilər.
Bütün qeyd etdiklərimizi yekunlaşdıraraq, deyə bilərik ki, bazu kürək periartrozu simptomokompleksi həkimdən xüsusi diqqət və ehtiyatlılıq tələb edir. Bazu oynağının diqqətli müayinəsi ilə yanaşı bazu oynağının əlaqəli olduğu orqan və sistemlərin də nəzərdən keçirilməsi vacibdir.
Nəzərə alaq ki, bu sindromdan əziyyət çəkən xəstələrin əksəriyyəti çox gec (qolların bədəndən uzaqlaşdırılmasının 30-40 dərəcədən artıq mümkün olmadığı zaman) həkimə müraciət edir və bu zamana kimi müxtəlif fəsadlara səbəb ola biləcək ağrıkəsicilərdən, iltihabəleyhinə, hormonal preparatlardan istifadə etmiş olurlar.
Bioloji tənzimləyici təbabət patoloji prosesin hər bir zəncirinə təsir edə biləcək müalicə vasitələri ilə zəngindir. Ən əsası isə, bu zaman xəstəyə heç bir zərər yetirmədən müalicə etmək imkanı var.
Yerli iltihabı aradan qaldırmaq üçün
Traumeel S, zədələnmiş oynaqətrafı toxumaların bərpası üçün
Zeel T, oynaqətrafı bağların gərginliyini aradan qaldırıb elastikliyini bərpa etmək üçün
Funiculus umbilicalis suis injeel, əzələnin funksiyasının bərpası və tonusunun götürülməsi üçün
Musculus suis injeel, oynaq qığırdağının bərpası üçün
Cartilago suis injeel, oynaqdaxili toxumaların şişkinliyini götürmək üçün
Apis Homaccord, limfa axınını bərpa etmək üçün
Lymphomyosot, sümük ağrılarını aradan qaldırmaq üçün
Ferrum Homaccord, oynağın revmatik xəstəliklərində
Guna Shoulder preparatlarından istifadə olunur. Müalicə yerli oynaqətrafı trigger nöqtələrinə və bioloji aktiv nöqtələrə (Gİ11, Gİ14, Gİ15, İG14, İG15, TR5, TR9, TR10, VB20, VB21, V11) yeritməklə aparılır.
Uğurlu terapiyanın əsasında bioloji təbabət preparatlarının, osteopatik və fizioterapevtik prosedurlarının birgə tətbiqi durur. Nəticədə xəstənin həyat keyfiyyəti yaxşılaşır, müalicənin effekti isə uzunmüddətli olur.
Ədəbiyyat
1. Букуп К. Клиническое исследование костей, суставов и мышц. М.: Медицинская литература. 2008
2. А.Н. Сенча, Д.В. Беляев . Ультразвуковая диагностика. Плечевой сустав . Видар 20014
3.Общая терапия 2006-2007 .Heel
4. Эндрю Тейлор Стилл . Остеопатия исследование и практика, Иссланд Пресс, Сиетл 1992