#skolioz #kifoz #yastıayaqlıq #əyriboyunluq #artroz #osteopatiya

Qamət, psixologiya və osteopatiya arasında nə əlaqə?

Qamət, psixologiya və osteopatiya arasında nə əlaqə?
 
Bizim jestlərimiz bizdən öncə danışır. Bədən dili anlayışı cəmiyyətdə böyük rol oynayır. Ən gözəl bədən dili jestimizi isə ideal qamətimiz, hər bir çətinliyə, həyatın hər bir yeniliyinə açıq olduğumuzun göstəricisidir. Valideynlərdən xüsusilə övladları ilə daha çox vaxt keçirdikləri,  onlarla baş-başa qaldıqları bu karantin günlərində düzgün qamət formalaşdırmağa yönəlmiş məşqlər etmələri arzu olunandır.  
   Gəlin bir araşdırma aparaq düzgün qamətli insanlar cəmiyyətdə hansı statuslardadılar?     Liderləri yada salmağa çalışın: prezidentlər, krallar, böyük şirkətlərin rəhbərləri hər şeydən öncə düzgün qamətləri ilə fərqlənirlər.Aşağıdakı  fotoda da   əksər liderlər gözəl qamətləri ilə seçilirlər. 
Əvvəlki şəkillə müqayisədə fərq nəzərəçarpandır, elə deyilmi? 
 
Adi həyatda rastlaşdığımız insanların 50% də qamət pozulmasını müşahidə edə bilərsiniz.  Bu insanların üz simasında da bir əminsizlik, qeyri müəyyənliklə rastlaşa bilərsiniz.  Öz şəxsi təcrübələrimdən deyə bilərm ki, :düzgün qaməti olmayan insan   şüuraltı olaraq düzgün qamətli insana tabe olur. Düzgün qamət anadangəlmə formalaşmır: bu bizim vərdişlərimiz, düşüncələrimiz və məqsədlərimizə açıq ola bilməyimizdən asılıdır. Əlbəttə kiçik yaşlada bu vərdişləri yaratmaq daha asandır. Bəs osteopatiya ilə düzgün qaməti necə formalaşdıraq?
Çox asan:   atlasın blokadasını aradan qaldıraraq və kraniosakral ritmi bərpa edərək osteopatlar sanki düzgün qamətin əsas nöqtələrinə təsir edirlər. Daha sonra onurğa sütununuz sizin əmrinizə tabe olacaqdır. Övladlarınızı sağlam gələcəyə və lider olmağa hazırlayın, onları osteopat qəbuluna yazdırın. 
 
Qamət, psixologiya və osteopatiya arasında nə əlaqə?
Xülasə:  qaməti düz olmayan insan şüuraltı olaraq düz qamətli insana tabe olur. Öz qamətinizi ideal vəziyyətə gətirərək özünüzü digər insnanların neqativ enerjisindən qoruyun, öz işlərinizdə daha uğurlu olub məqsədlərinizə daha tez çatın.