#skolioz #kifoz #yastıayaqlıq #əyriboyunluq #artroz #osteopatiya

Gicgah - çənə oynağı disfunksiyası


Gicgah - çənə oynağı disfunksiyası

Gicgah çənə oynağı disfunkisyası  son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas  simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar. 


Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri

Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır:

Ortodontik - dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə  zamanı yaranan səbəblərdir.

Travmatik - gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması.

Dayaq hərəkət sistem xəstəlikləri - aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.   


Gicgah-çənə oynağı disfunksiyası simptomları

*         sakitlik zamanı və ya ağzı açarkən bir və ya  hər iki gicgah-çənə oynağında ağrının olması. 
*         ağzı açarkən oynaqda krepitasiya, şıqqıltı səsinin yaranması. 
*         anamnezdə gicgah-çənə oynağı travmalarının olması (çıxıq, yarım-çıxıq, xroniki çıxıqların olması) .
*         gicgah-çənə oynağı hərəkətində məhdudluq, ağzı tam aça bilməmək. 
*         çeynəmə əzələlərində tonus, bruksizm. 
*         asimmetriya ( üzdə, çənəaltı nahiyədə), ağzı açarkən etapla açılması.  

Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren. 


Gicgah çənə oynağı disfunksiyasının diaqnostikası

* anamnezin toplanması əvvəllər keçirilmiş stomatoloji proseduralar, keçirilmiş travmalar, cərrahi əməliyyatlar haqqında məlumat almaq.
* gicgah-çənə oynağı disfunksiyasının obyektiv müayinəsi ağzı açarkən oynaqlarda asimmetriyanın hiss olunması, oynaq başının bir tərəfli və ya ikitərəfli kapsuldan çıxması.
* rentgenoqrafiya, ortopanorama, kt komputer tomoqrafiya və ya mrt maqnit rezonans tomoqrafiya ilə instrumental müayinə
* ümumi bədən posturologiyasının araşdırılması, kəllə sümüklərinin müayinəsi və s. 
 

Gicgah-çənə oynağı disfunksiyası müalicə üsulları

Həkim pasientin patologiyasının səbəbini təyin etdikdən sonra pasient üçün kompleks müalicə üsulları təyin edir. Bu müalicə üsullarının kompleksliyi oynağın ortodont tərəfindən müalicəsi: xüsusi ortez və ya  breketlərdən istifadə.

Osteopatik və posturaloji müalicə ümumi bədən biomexaikasının balanslaşdırılması, qamətin bərpası, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılmasından ibarətdir. Boyun fəqərələri atlasın blokadasının aradan qaldırılması, bel əzələlərinin gücləndirilməsi, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir. 
 

Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ?

Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənib, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər.Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər.