#skolioz #kifoz #yastıayaqlıq #əyriboyunluq #artroz #osteopatiya

Skolioz akademiyası


Əgər siz övladınızda:

  • onurğada yana əyilmə
  • qabırğa qövslərində asimmetriya
  • kürək sümüklərinin qeyri-bərabər yerləşməsi
  • çanaq sümüklərində əyrilik
  • başın bədənə nisbətən əyri dayanması

-kimi hallar müşahidə edirsinizsə, onda skolioz olma ehtimalı yüksəkdir.

Skolioz onurğa sütunun sadəcə olaraq yana əyilməsidir deyib keçməyin.
Vaxtında mütəxəssis tərəfindən müalicə olunmazsa, yaş artdıqca:

  • fəqərəarası disk problemləri (protruziya, disk yırtıqları)
  • ürək problemləri (taxikardiya, bradikardiya və digər aritmiyalar, stenokardiya kimi ÜİX)
  • ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri )
  • süd vəzi problemləri (süd vəzi ölçülərində fərq, süd vəzi xəstəlikləri )
  • mədə-bağırsaq problemləri (disbakterioz, kolit və s)
  • diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik)
  • əzələ ağrıları
  • daimi yorğunluq kimi halların yaranmasını müşahidə edəcək və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparmalı olacaqsınız.

Vaxtında müalicə olunarsa, yuxarıda qeyd olunanlardan qurtulmaq mümkündür.

Xəstənin yaşından və xəstəliyin dərəcəsindən asılı olaraq qidalanması və mineral balansı tənzimlənir daha sonra aşağıdakı müalicə üsullarından bir və ya bir neçəsi istifadə olunur:

Osteopatiya – ilk dəfə XIX əsrdə Amerikada (E. T. Still tərəfindən) yardılmış elmdir. Artıq Azərbaycanda da müvəffəqiyyətlə istifadə olunur. Osteopatiya- müalicə vasitəsi osteopat həkimin həssas əlləridir. Zərərsiz, osteopatik müalicə üsulları orqanizmin tamlığını bərpa etməyə, orqan və toxumaların zədələnmiş struktural pozulmalarının aradan qaldırılaraq funksiyanın yaxşılaşmasını əldə etməyə imkan verir. Osteopatiyanın üstünlüyü anadan olan vaxtdan istifadə olunması, heç bir zərərsiz təsirlərinin olmamasındadır.

Reabilitasiya - əzələ və bağ aparatının balanslaşdırılması üçün tətbiq olunan müalicəvi idman üsullarının kompleksidir.

Proloterapiya - aktiv nöqtələrə xüsusi proliferasiyaedici məhlulların inyeksiyası ilə əldə olunur.

Akkupunktura - meridianal nöqtələrdə xüsusi akupunktura iynələri hesabına enerji axınını bərpa etməklə aparılan müalicə üsuludur.