Sistemli təhsil
4 illik, 40 modullu proqram mövzuları əsaslardan inteqrasiyaya doğru ardıcıl şəkildə öyrədir.

Akademiya
2024-cü ildən Bakıda Osteopathie Schule Deutschland proqramı üzrə 4 illik osteopatiya təhsili.
Biz kimik
Proqram OSD-nin Türkiyədəki kooperasiya tərəfdaşı Osteopathic College of Turkey (OCT) ilə birlikdə həyata keçirilir.
Dərsləri həm Almaniyadan dəvət olunan OSD müəllimləri, həm də Türkiyədən gələn müəllimlər keçir.
Akademiyaya Bakıdakı ELF Center (ELF Sağlamlıq Mərkəzi) ev sahibliyi edir. Dərslər mərkəzin Rəşid Behbudov küçəsi 112 ünvanındakı binasında keçirilir.
Missiyamız
İlk gündən məqsədimiz osteopatiyanı sistemli, mərhələli şəkildə və dünya təcrübəsinə malik müəllimlərdən öyrətmək olub.
Biz dayaq-hərəkət sistemi, daxili orqanlar və kranial sistem arasındakı əlaqələri klinik praktikada birləşdirə bilən, düşünən, təhlil edən və məsuliyyət daşıyan mütəxəssislər yetişdirməyə çalışırıq.
Osteopatiya bir neçə texnikanı öyrənmək deyil, bədəni bütöv bir sistem kimi görməyi öyrənməkdir. Buna görə proqramımızda texnikalarla yanaşı anatomiya, klinik düşüncə, differensial diaqnostika və peşə etikası da mühüm yer tutur.
Dəyərlərimiz
4 illik, 40 modullu proqram mövzuları əsaslardan inteqrasiyaya doğru ardıcıl şəkildə öyrədir.
Hər mövzu nəzəri izah, müəllimin nümayişi və tələbələrin nəzarət altında praktikası ilə öyrənilir.
Osteopatik yanaşmaya uyğun olmayan halları tanımaq və xəstəni vaxtında həkimə yönləndirmək tədrisin ayrılmaz hissəsidir.
Osteopatiyanın imkanları ilə yanaşı, onun elmi sübutlarının hüdudları da açıq müzakirə olunur.
Tədris materialları yalnız tələbələrimiz üçündür.
Tələbələrimiz bir-birinin üzərində məşq edir, bir-birindən öyrənir. İlk iki ildə yalnız osteopatiyanı öyrənmədik, həm də böyük bir ailəyə çevrildik.
Tarixçə
Azərbaycandakı komanda
Akademiyanın Azərbaycandakı təsisçi tərəfdaşı və ev sahibi ELF Sağlamlıq Mərkəzinin direktoru, terapevt-osteopat Dr. Elfanə Süleymanovadır. Praktik məşğələlərdə tələbələrə Azərbaycandakı müəllim-assistentlər dəstək olur.
AzərbaycanHəkim, terapevt-osteopat; ELF Sağlamlıq Mərkəzinin direktoru
Tədris mühiti
Təlim günlərində mərkəzin zalı auditoriyaya çevrilir: nəzəri hissə mühazirə formasında, praktik hissə isə cütlərlə məşq formasında aparılır.